Məzmuna keç

Prezident: “Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik idi”

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi.

E-huquq.az-ın xəbərinə görə, bu fikri Prezident İlham Əliyev dekabrın 24-də Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.

Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlət başçısı deyib: “Bu strateji qəsəbəni işğaldan azad etmək bizim gələcək planlarımıza əlavə dəstək verdi. Çünki əgər biz Hadrutu işğalçılardan azad etməsəydik, gələcək əməliyyatlarımız daha böyük çətinliklərlə üzləşə bilərdi”.