Məzmuna keç

Ərdoğan Türkiyə və Azərbaycan arasında qaz tədarükü ilə bağlı anlaşma memorandumunu təsdiq etdi

Türkiyə Azərbaycandan təbii qaz tədarükünü 2024-cü ilə qədər uzadıb.

E-huquq.az xəbər verir ki, bununla bağlı qərar Rəsmi Gazete-də dərc olunub.

Məlumatda bildirilir ki, qaz tədarükünün uzadılması haqqında memorandum Türkiyə Prezindenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib.

Razılaşmaya əsasən, 2024-ci ilədək, illik olaraq Azərbaycanda idaxal edilən 1,7 milyard kub metr təbii qaz Socar Turkey Enerji A.Ş ehtiyacları üçün təmin ediləcək.

Qeyd olunub ki, memorandum 2021-ci ilin dekabrında Bakıda Azərbaycan energetika naziri Pərviz Şahbazov və Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz tərəfindən imzalanıb.