Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər.
E-huquq.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.
