Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.
E-huquq.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov toplantıda iştirak edirlər.
Ermənistan mətbuatı yazır ki, azərbaycanlı deputatlar gücləndirilmiş mühafizənin müşayiəti ilə tədbirin keçirildiyi İrəvan İdman-Konsert Kompleksinə gəliblər.
Deputatlar iclasda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
