Məzmuna keç

Putin Cənubi Qafqazda kommunikasiyaların bərpası ilə bağlı razılaşmanın olduğunu bildirib

"Proseslərin dinc yolla getməsi üçün hər şeyi edəcəyik".

E-huquq.az-ın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

Qarabağ ətrafındakı vəziyyətdən danışan Rusiya liderinin sözlərinə görə, artıq ticari-iqtisadi əlaqələrin inkişafı, nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı müəyyən razılaşma var.

Mübahisələrin olduğunu vurğulayan Rusiya dövlət başçısı prosesin dinc yolla getməsi üçün hər şeyi edəcəklərini qeyd edib.