Məzmuna keç

“İnanırıq ki, Xocalı soyqırımına siyasi və hüquqi qiymət veriləcək”

"Azərbaycan xalqı ikinci ildir ki, Xocalı faciəsini qürurla yad edir".

E-huquq.az xəbər verir ki, bunu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

O bildirib ki, belə dəhşətli faciələrin baş verməməsi üçün xalq hər zaman bərabər və güclü olmalıdır: "Bundan sonra da soyqırımı törədən, əli olan insanların cəzalandırılması üçün bütün səylərimizi davam etdirməliyik. Beynəlxalq müstəvidə işlər görülməlidir. İnanırıq ki, ədalət yerini tapacaq. Xocalı soyqırımına siyasi və hüquqi qiymət veriləcək".