Ukrayna Silahlı Qüvvələri Berdyansk şəhərinin aerodromuna “Toçka-U” ballistik raketi ilə zərbə endiriblər.
E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Dmitri Razumkov “Facebook” hesabında yazıb.
“Beş dəqiqə bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın böyük sayda qoşun cəmləşdirdiyi Berdyansk aerodromuna “Toçka-U” ilə zərbə endirib”, – deyə o qeyd edib.
O, həmçinin gecə saatlarında Ukrayna Su-25-lərinin Pobeda kəndi yaxınlığında Brovar ərazisini ələ keçirmək üçün irəliləyən Rusiya kolonuna zərbə endirdiyini bildirib.
Mənbə: Unian.net
