"Azərbaycanın Ermənistanla əhatəli sülh razılaşması imzalamaq təklifini dəstəkləyirik. Ermənistan da bu məsələdə advekvat mövqe sərgiləməlidir".
E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
M.Çavuşoğlu deyib ki, Türkiyə-Ermənistan münasitbətlərinin normallaşdırılması ilə bağlı fəaliyyət Azərbaycanla koordinasiya edilir:
“Bundan sonra da bu koordinasiya davam etməlidir. Zəngəzur dəhlizinin reallaşması da önəmlidir”, – deyə nazir bildirib.
