Azərbaycan və İran arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.
E-huquq.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.
“Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İran hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İran arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib.
