Məzmuna keç

NATO bu halda Ukraynadakı müharibəyə qoşulacaq –

"Kütləvi qırğın silahlarından istifadə olunacağı təqdirdə, NATO Ukraynadakı münaqişədə iştirak məsələsini müzakirə edəcək”.

E-huquq.az xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə alyansın gələcək hərəkətlərini və Ukrayna münaqişəsində iştirakını müzakirə etməli olacaqlar:

“Əgər siz məndən Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə edə biləcəyini soruşsanız, məncə, Putin indi hər şeydən istifadə edə bilər, xüsusən də belə çətin vəziyyətdə. Əgər o kütləvi qırğın silahlarından istifadə edirsə, bu, hər şeyi dəyişəcək”.

Qeyd edək ki, undan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kimyəvi silahlarla əməliyyatlar planlaşdırmaqda şübhəli olduğunu bildirmişdi.