“Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı və soydaşımız bu ölkəni tərk edib”.
E-huquq.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
“Həmin şəxslərin 4 minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk ediblər", – o vurğulayıb.
