Məzmuna keç

Xarici İşlər Nazirliyi Rusiya arasında diplomatik əlaqələrin yaradılmasının 30 ili münasibəti ilə paylaşım etdi

Bu gün Azərbaycan və Rusiya arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

E-huquq.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə Rusiyanın hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və Rusiya arasında strateji münasibətlərin daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib.