İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya və Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanacaq.
E-huquq.az xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bomberger Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib ki, sənəd imzalandıqdan sonra praktiki işə başlanılacaq.
