Məzmuna keç

Bu gün Brüsseldə Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü gözlənilir

Bu gün Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.

E-huquq.az xəbər verir ki, Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşü gözlənilir. Həmçinin, Prezident İlham Əliyevin N.Paşinyanla təkbətək görüşü də istisna olunmur.

Xatırladaq ki, bunadək Brüsseldə üçtərəfli formatda görüş 2021-ci il dekabrın 14-də keçirilmişdi.