Məzmuna keç

Azərbaycan və Qırğızıstanın Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum imzalanıb

“Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum” imzalanıb.

E-huquq.az xəbər verir ki, sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar.

Qeyd edək ki, sənəd aprelin 20-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi zamanı imzalanıb. İki ölkə arasında imzalanan sənədlərin ümumi sayı 10-dur.