Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.
E-huquq.az Qırğız Respublikası Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Sadır Japarov Bakıda Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı bildirib.
Azərbaycan Prezidenti dəvəti qəbul edib.
