Bu gün Əfv Komissiyasının iclası keçirilib.
E-huquq.az-ın məlumatına görə, iclasda əfvlə bağlı daxil olan 100-dən çox müraciətə baxılıb. Ümumilikdə komissiyaya 1000-dən çox müraciət daxil olub.
Komissiya işini yekunlaşdıraraq siyahını dövlət başçısına təqdim edəcək. Əfv Sərəncamının 28 May ərəfəsində imzalanacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanda sonuncu əfv sərəncamı ötən il martın 18-də imzalanıb. Sərəncama əsasən, azadlıqdan məhrum edilmiş 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
