"Qarşımızda duran ən mühüm məsələlərdən biri də beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək yeni reallıqları daha da gücləndirmək, regionla bağlı strategiyamızı və vizyonumuzu təqdim etməkdən ibarət idi".
E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı vurğulayıb ki, beynəlxalq təşkilatların yaranmış yeni reallıqları qəbul etməsi də çox əhəmiyyətli idi və bu da baş verdi.
