Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi ilə görüşüb –
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabında bildirib.
“Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, – Toivo Klaar qeyd edib.
Happy to have been able to host @HikmetHajiyev and Armen Grigoryan in Brussels for a second meeting in this format. pic.twitter.com/2blnIab9Dd
— Toivo Klaar (@ToivoKlaar) May 2, 2022

