Məzmuna keç

“Ermənistanla sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır”

"Brüssel görüşündən sonra və ondan əvvəlki proseslər nəticəsində belə bir qənaət var ki, Ermənistan tərəfi sülh sazişinə və delimitasiya prosesinə başlamağa razılıq verib".

E-huquq.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, bu istiqamətdə səylər davam etdirilir. Sülh danışıqları Azərbaycanın təklif etdiyi 5 maddə əsasında aparılmalıdır.

"Hər hansı əlavə şərtlərlə prosesə başlamaq məqsədəuyğun deyil, çünki bu, prosesi pozmaq mənasına gəlir. Ermənistan tərəfindən hələlik 5 maddəlik təklifdən imtina mövqesi sərgilənməyib", – deyə X.Xələfov əlavə edib.