Aşqabadda sammit başlayıb, İlham Əliyev toplantıda iştirak edir


  • 29 İyun 2022 16:49

İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı başlayıb.

E-huquq.az xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Sonra dövlət başçılarının məhdud tərkibdə görüşü keçirilib.

Hazırda Zirvə Toplantısı çərçivəsində geniş tərkibdə görüş davam edir.

Oxşar xəbərlər