Məzmuna keç

Prezident İlham Əliyev Paşinyanla görüşəcək

Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş avqustun 31-də baş tutacaq.

E-huquq.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, görüş Brüsseldə baş tutacaq.