Məzmuna keç

Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını əks etdirən görüntülər yayıldı –

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, hazırda qeyd olunan ərazilərdə bölmələrimizin yeni dislokasiya məntəqələrinə yerləşdirilməsi, həmçinin zəruri mühəndis işlərinin görülməsi istiqamətində fəaliyyətlər davam etdirilir.