Məzmuna keç

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın iddialarını təkzib etdi

Ordumuzun bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində guya atəş açılması və nəticədə Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun vəfat etməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", – nazirlikdən qeyd edilib.