Məzmuna keç

Şarl Mişel Azərbaycanın 5 erməni hərbçisini Ermənistana təhvil verməsini təqdir etdi

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan tərəfinin 5 erməni hərbçisini qarşı tərəfə təhvil verməsini təqdir edib.

E-huquq.az xəbər verir ki, Aİ Şurasının Prezidenti bu barədə "Twitter"də bildirib.

"Avqustun 31-də Brüsseldə baş tutan müzakirələrdən sonra daha beş erməni saxlanılanının Bakı tərəfindən azad edilməsi alqışlayıram. İlk dəfədir ki, təhvil ikitərəfli qaydada həyata keçirilib – bu həm Azərbaycan, həm də Ermənistan üçün etibar deməkdir.

Bütün həll edilməmiş humanitar məsələlərin həlli əsas prioritetdir",- Mişel vurğulayıb.