“Ermənistanın davamlı hərbi təxribatlarına cavab vermək, harada yerləşməsindən asılı olmayaraq təhlükə doğuran legitim hərbi hədəfləri məhv etməklə sərhədlərinin təhlükəsizliyini təmin etmək Azərbaycanın BMT Nizamnaməsi ilə tanınan suveren hüququdur”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov feysbuk hesabında yazıb.
O qeyd edib ki, Azərbaycan nəyin bahasına olur olsun Ermənistanın revanş məqsədli təxribatlarına son qoyaraq bölgədə təhlükəsizliyə nail olacaq, davamlı sülhü və sabitliyi qoruyacaq.
