Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel arasında telefon danışığı olub.
E-huquq.az xəbər verir ki, bunu J.Borrel bildirib.
“Prezident Mişel (Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel – red.) hər iki ölkənin liderləri ilə əlaqə saxlayır və mən bu gün müvafiq xarici işlər nazirləri ilə danışmışam”, – diplomat vurğulayıb.
