Ceyhun Bayramov Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak etdi


  • 23 Sentyabr 2022 09:13

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirak edib.

E-huquq.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri bu barədə "Twitter" hesabında yazıb.

Qeyd edək ki, C.Bayramov Nyu-York şəhərində BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə görüşlər keçirib.

Oxşar xəbərlər