"Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq" - Prezident


  • 27 Sentyabr 2022 14:16

“Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin”.

E-huquq.az-ın xəbərinə görə, bunu bu gün Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsi önündə çıxışında bildirib.

Dövlət başçısı bildirib ki, Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər: “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.

Oxşar xəbərlər