Məzmuna keç

Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı iki yeni sənəd təsdiqlənəcək

“Azərbaycanda iki vacib normativ aktın təsdiq olunması gözlənilir. Bunlardan biri kritik informasiya resurslarının təhlükəsizliyi ilə bağlıdır”.

E-huquq.az-ın məlumatına görə, bu fikirləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev bu gün Bakıda keçirilən “Qlobal hibrid müharibə və kibertəhlükəsizlik” sammitində çıxışı zamanı deyib.

O bildirib ki, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyasının da təsdiq olunması gözlənilir.