Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan, Fransanın dövlət başçısı Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında dördtərəfli görüş olacaq.
E-huquq.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu N.Paşinyan oktyabrın 5-də hökumətin iclasında bildirib.
Qeyd edək ki, oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyi liderlərinin görüşü keçiriləcək.
