Məzmuna keç

Praqada Azərbaycan, Aİ, Fransa və Ermənistan liderlərinin görüşü keçirildi

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.

E-huquq.az xəbər verir ki, görüş “Avropa siyasi birliyi” Zirvə Toplantısı çərçivəsində baş tutub.