Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib.
E-huquq.az xəbər verir ki, diplomat təbrik mesajını tviter səhifəsində paylaşıb.
“Otuz bir il əvvəl Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri Böyük Britaniya Azərbaycanın yanındadır. Bu gözəl ölkə 70 il SSRİ-nin tərkibində yaşayıb. Buna baxmayaraq, o, öz mədəniyyətini və dəyərlərini qoruyub saxlayıb”, – F.Auld vurğulayıb.
Diplomat bildirib ki, Azərbaycan və Böyük Britaniya son 30 ildə mədəniyyət, iqtisadiyyat, ətraf mühit və bir çox başqa sahələrdə əməkdaşlıq edir: “Bizim bu əməkdaşlığımız hər il genişlənir. Ölkələrimiz və xalqlarımız arasında dostluq daha da güclənir. Bütün Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm”.
Müstəqilliyin mübarək, Azərbaycan! pic.twitter.com/GoumI2pwc3
— FergusAuldFCDO (@FergusAuldFCDO) October 18, 2022
