- 21:30
Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında görüş başlayıb.
E-huquq.az xəbər verir ki, ikitərəfli görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.
Görüşün protokol hissəsində nazirlər çıxış ediblər.
Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Bundan başqa Ceyhun Bayramov və Sergey Lavrov 2023-2024-cü il üçün XİN-lərarası Məsləhətləşmələr Planı imzalayacaq.
Görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.