Məzmuna keç

Deputat: “Bu, ermənilərin özünün də bölgədə söz sahibinin kim olduğunu başa düşdüyünü göstərir”

"Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi, verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər 2023-cü ildə Azərbaycanın seçəcəyi yol xəritəsini müəyyən etmək baxımından ciddi siyasi hadisə hesab edilməlidir".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat cənab Prezidentin 2022-ci ilin 12 yanvar tarixində də yerli televiziya kanallarına müsahibə verdiyini, illik fəaliyyət kursu və hədəflərin çərçivəsini bəyan etdiyini xatırladıb.

"Ötən il ərzində müşahidə edilən proseslər, xüsusən postmünaqişə dövründə həyata keçirilən cəza tədbirləri, o cümlədən beynəlxalq müstəvidə göstərilən qəyiyyət, əldə edilən qələbələr nümayiş etdirdi ki, ilin əvvəlində müəyyən olunan qırmızı cizgilər toxunulmazdır. Bu mənada 2023-cü ilin əvvəlində qalib Azərbaycanın rəhbərinin verəcəyi bəyanatlar, müəyyən edəcəyi hədəf və qırmızı xətlər, istər region dövlətləri, istərsə də regionda marağı olan kənar güclər üçün sonrakı addımlarını müəyyən etmək baxımından həlledici direktiv olacaq. Müsahibədən cəmi bir neçə saat keçməsinə baxmayaraq, bütün diqqətlərin dövlət başçısının bəyanatlarına yönəlməsi, xüsusən bu müsahibənin sosial medianın erməni seqmentinin əsas mövzusuna çevrilməsi də bir daha deyilənləri təsdiq edir. Baxmayaraq ki, bu gün Paşinyanın da jurnalistlərlə görüşü olmuşdu, amma diqqətin məhz cənab İlham Əliyevə yönəlməsi, ermənilərin özünün də bölgədə son sözün sahibinin kim olduğunu başa düşdüyünü göstərir", – deyə o qeyd edib.

B.Məhərrəmov bildirib ki, 2023-cü ildə qarşıda ciddi hədəflər, çox əhəmiyyətli vəzifələr var: "Amma möhtərəm Prezidentin artan hərbi-siyasi gücümüzə əsaslanan nikbin ritorikası Heydər Əliyev ilində Ulu Öndərin adına layiq uğurlardan, bütün müstəvilərdə zəfərlərdən xəbər verir".

Xəyalə Bünyatova