Məzmuna keç

Ukrayna XİN humanitar yardım üçün Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

E-huquq.az-ın məlumatına görə, bu barədə Ukrayna XİN-in "Twitter" hesabındakı paylaşımda bildirib.

"Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir", – deyə paylaşımda qeyd olunub.