Yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Davosda “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Kohen ilə görüşüb.
E-huquq.az xəbər verir ki, görüşdə “The Goldman Sachs Group Inc.” şirkətinin Azərbaycan Mərkəzi Bankı və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının davam etdiyi qeyd olunub.
