"İranın Ermənistanla yaxınlaşması bu rejimin əsl mahiyyətini ortaya çıxarır".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa İrəvan və Tehran şəhərlərinin qardaşlaşması haqqında sazişin imzalanmasına münasibət bildirərkən deyib.
O bildirib ki, İranın bu addımı təəccüb doğurmur.
"Bu iki dövlətin tarixi kökləri bir-biri ilə bağlıdır və bütün proseslərdə eyni mövqedən çıxış edirlər. İran zahirən müsəlman dövləti olsa da, mahiyyətcə elə erməni dövlətidir. İran üçün ermənilərin maraqları çox önəmlidir və bu maraqları təmin etmək üçün belə addımlar atırlar", – deyə deputat qeyd edib.
F.Mustafa Azərbaycandakı iranpərəst qüvvələrin baş verənlərdən nəticə çıxarmalı olduğunu deyib: "Azərbaycanda İrana nökərçilik edən çox sayda insan var. Onlar artıq bu yoldan uzaqlaşmalı olacaq. Çünki onların da yaxınları Qarabağ savaşında ermənilər tərəfindən qətlə yetirilib. Ona görə də həmin adamlar İranın addımlarından dərs çıxarmalıdır".
Xəyalə Bünyatova
