Məzmuna keç

XİN başçısı: “Ermənistanı yanlış mövqedən çəkinməyə çağırırıq”

"Son günlər Ermənistan tərəfindən manipulyasiya siyasətini görürük. Onları yanlış mövqedən çəkinməyə çağırırıq".

E-huquq.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub.

"Bundan sonrakı bütün prinsiplər də Azərbaycan tərəfindən qarşı tərəfə təqdim edilmişdi", – deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünün ən tez zamanda reallaşmasına biz hazırdır: "İndi hər şey qarşı tərəfdən asılıdır".

Eltac Nurullazadə