Məzmuna keç

Nazir: “Laçın yolu ilə silah-sursat və minaların daşınması yolverilməzdir”

Xarici işlər naziri Ceyhun Bayramov Laçın yolu ilə silah-sursat və minaların daşınmasının yolverilməz olduğunu deyib.

E-huquq.az-ın məlumatına görə, nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

"Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir", – deyə o qeyd edib.

Eltac Nurullazadə