"Bütün dünya bilməlidir ki, biz axısxa türkləri hər zaman Azərbaycan xalqının yanındayıq. Biz 20 Yanvar şəhidlərini heç vaxt unutmuruq. Azərbaycanın kədəri bizim kədərimiz, sevinci sevincimizdir".
E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Axısxa Türkləri Birliyinin sədri Ziyəddin Kassanov deyib.
O, axısxa türklərinin Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən qürur duyduqlarını bildirib.
"Cənab İlham Əliyev Azərbaycan xalqının, Azərbaycan Ordusunun nə qədər güclü olduğunu bütün dünyaya göstərdi. "Dəmir yumruq" son nöqtəni qoydu", – deyə Z.Kassanov qeyd edib.
Eltac Nurullazadə
