Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm Paytaxtına namizədliyi irəli sürüləcək


  • 24 Yanvar 2023 12:47

Şuşanın 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm Paytaxtına namizədliyi irəli sürüləcək.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycanın XİN başçısı Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 26-cı iclasında çıxışı zamanı deyib.

Nazir çıxışında sədrlik çərçivəsində Bakıda yaradılması nəzərdə tutulan İƏT-BMT Sənaye İnkişafı Təşkilatı (UNIDO) Təmiz Enerji Mərkəzinin, İƏT İqtisadi Tədqiqatlar Mərkəzinin fəaliyyətə başlaması istiqamətində tədbirlər görüləcəyini, Şuşanın 2026-cı ildə İƏT Turizm Paytaxtına namizədliyinin irəli sürüləcəyi diqqətə çatdırıb.

Oxşar xəbərlər