Deputat: "Ermənistan hər vəchlə sülhə mane olmağa çalışır"


  • 24 Yanvar 2023 19:07

"Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərmək barədə qərar qəbul etməsində Ermənistan rəhbərliyinin canfəşanlığı rol oynayır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

O bildirib ki, Ermənistan hər vəchlə sülhə mane olmağa çalışır, lakin Azərbaycanın daha bir 30 il vaxt itirmək fikri yoxdur.

"Biz Avropa İttifaqından daha ədalətli, daha qərarlı və prinsipli olmağı gözləyirik. Düşünürəm ki, missiyanın məqsədi regionda etimadın yaranmasına töhfə vermək və Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdən ibarət olmalıdır. Avropa İttifaqı regionda davamlı sülhə nail olunması üçün hər iki tərəflə yaxından işləməyə sadiq qalmalıdır. Biz ümid edirik ki, Avropa İttifaqı yeni strateji tərəfdaşı olan Azərbaycanla münasibətləri daima isti saxlayacaq və tərəflər arasında bərabərliyi qoruyacaq", - deyə deputat qeyd edib.

Oxşar xəbərlər