"Azərbaycanın İƏT-ə sədrliyi üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcək"


  • 25 Yanvar 2023 18:40

"İqtisadi Əməkdaşlıq Təşkilatı qarşılıqlı əməkdaşlığın daha genişləndirilməsi ilə yanaşı, Azərbaycan reallıqlarının təşkilata üzv dövlətlərin diqqətinə çatdırılması üçün də mühüm bir platformadır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov İƏT-in Nazirlər Şurasının Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 26-cı iclası barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycanın İƏT-in 2023-cü il üzrə sədrliyi təşkilatın fəaliyyətinə mühüm töhfə verəcək.

"Ölkəmizin sədrliyi çərçivəsində bir sıra prioritet və planlar müəyyənləşib. Belə ki, iqtisadiyyat, enerji, nəqliyyat, gömrük, sərhəd-keçid məntəqələri, ədliyyə, turizm və səhiyyə sahələrində bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək. Hesab edirəm ki, bu görüşlər və həyata keçiriləcək tədbirlər bütün üzvlər üçün faydalı olacaq. Təşkilata sədrliyimiz üzv ölkələr arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasına töhfə verəcək", - deyə deputat qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər