Deputat: "İrandakı səfirliyimizə hücumun arxasında ermənilər dayanır"


  • 27 Yanvar 2023 11:30

"İranda səfirliyimizə silahlı basqının edilməsi sıradan bir hadisə olmadığını hesab edirəm. Çünki İranın xüsusi xidmət orqanları dünyada baş verən prosesləri izləmək iqtidarında olduğu halda öz ölkəsində baş verən bu hadisə haqqında xəbəri qabaqcadan bilməməsi heç də məntiqli görünmür".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, səfirliyə hücum beynəlxalq konvensiyaları saymamaq deməkdir.

Ermənistanın belə hücumları digər ölkələrdəki səfirliklərimizə qarşı da törətdiyini xatırladan deputat hesab edir ki, bu hücumun da arxasında ermənilər dayanır.

"Ermənilər yerli orqanların dəstəyi olmadan nəsə edə biləcəyini düşünmürəm. Səfirliklərə hücumları düşmənlərimizin acizliyinin göstəricisi hesab edirəm. Əgər sizin o qədər cəsarətiniz və kişiliyiniz çatırsa, bir neçə əməkdaşımızın yerləşdiyi səfirliklərimizə hücumun əvəzinə döyüş meydanında əsgərimizlə üz-üzə gəlin. Əgər sizdə elə cəsarət yoxdursa, alçaqlıqlara əl atmağınızı dayandırın.Törətdiyiniz hər bir alçaqlığın cavabı olacaq. İranda bu hadisənin silahlı şəkildə baş verməsi çoxlu suallar yaradır. Hesab edirəm ki, İranın rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycana hesabat verməlidir. Səfirliklıər yerləşdiyi ölkənin dövlət orqanları tərəfindən qorunmalıdır. Ona görə də silahlı basqınla bağlı rəsmi Tehranın açıqlamasını gözləməliyik və ondan sonra nə etməli olduğumuzu düşünməliyik. Allah qəhrəmancasına həlak olmuş əməkdaşımıza rəhmət eləsin, xəsarət alanlara da tezliklə sağalmaqlarını diləyirəm!" - deyə A.Badamov qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər