- 15:08
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizəçinin ailəsinə və yaxınlarına başsağlığı verib.
E-huquq.az xəbər verir ki, bu barədə dövlət başçısı "Twitter"də paylaşım edib.
Prezident İlham Əliyev bu gün Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınayıb:
"Səfirliyin və səfirlik əməkdaşlarının mühafizəsini təmin edərkən həlak olan baş leytenant Əsgərov Orxan Rizvan oğlunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".
— İlham Əliyev (@azpresident) January 27, 2023