Deputat: "Tehrandakı səfirliyimizə hücuma görə məsuliyyət İranın üzərinə düşür"


  • 27 Yanvar 2023 13:51

"İranın Tehran şəhərində Azərbaycan səfirliyinə xaincəsinə təşkil edilmiş hücumu şiddətlə qınayıram. Bu terror aktıdır və məsuliyyət bilavasitə molla rejiminin üzərinə düşür".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, İran hadisənin obyektiv, şəffaf araşdırılmasını təmin etməli və Azərbaycanın hüquq mühafizə orqanlarının istintaqda iştirakına şərait yaratmalıdır.

"Əks halda, hüquqi müstəvidə beynəlxalq birlik tərəfindən bu ölkənin rəsmən terroru dəstəkləyən dövlət olaraq tanınması istiqamətində ciddi iş aparmalıyıq", - deyə deputat qeyd edib.

Xəyalə Bünyatova

Oxşar xəbərlər