Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini tam dayandırıb


  • 29 Yanvar 22:23

“Biz səfirliyin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”.

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, müəyyən spekulyasiyalar var ki, guya diplomatik fəaliyyət dayanmayıb:

“Amma tam dayanıb. Orada biz 5 nəfər səfirliyin inzibati binasının, səfirlik əmlakının və qorunması ilə bağlı müəyyən əməkdaşlar səfirlikdə qalacaqlar, amma onlar diplomatik fəaliyyət göstərməyəcəklər.”

Oxşar xəbərlər