Məzmuna keç

Ayxan Hacızadə: “Terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik, lakin əsaslı cavab verilməyib”

"Guya cinayətkarın səfirliyə iki azyaşlı uşağı ilə gəldiyinə dair mediada xəbər yayılmışdı. Amma videodan göründüyü kimi bu, planlaşdırılmış terror hücumudur".

E-huquq.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuat brifinqində deyib.

O bildirib ki, səsləndirilən bəyanatların heç bir əsası yoxdur: "Bu terrorçuların cəzalandırılmasını İrandan tələb etmişik. Lakin indiyə qədər İran heç bir əsaslı cavab verməyib".

Ayxan Hacızadə vurğulayıb ki, müşahidələrdən göründüyü kimi hücum edən şəxs ruhi xəstə deyil: “Hadisədən sonra dövlət televiziyalarına müsahibəsində də bu aydın görünür”.

XİN sözçüsü bildirib ki, bu barədə səsləndirilən bəyanatlar əsassızdır.