"Xocalıda törədilmiş qanlı qətliam uzun müddət ərzində Azərbaycan xalqına qarşı aparılan irqi ayrıseçkilik, etnik təmizləmə siyasətinin tərkib hissəsi olub. Xocalı qətliamı baş verməmişdən əvvəl digər yaşayış məntəqələrimiz dağıdılmış, insanlar öldürülmüş, etnik təmizləmə həyata keçirilmişdi".
E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Xocalı soyqırımı Azərbaycanın müasir tarixinin ən faciəvi səhifələrindən biridir.
"1991-ci ilin oktyabrından etibarən Xocalı demək olar mühasirədə idi. Nəhayət həmin gecə erməni silahlı qüvvələri 366-cı motoatıcı alayının dəstəyi ilə bu qətliamı törətdi. Bir gecədə aralarında xeyli sayda qadın, uşaq və qocalar da olmaqla, 613 nəfər amansızca qətlə yetirilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bütün dünya artıq dəhşətli statistikadan məlumatlıdır", – deyə XİN başçısı qeyd edib.
Eltac Nurullazadə
